Yunanistanda yanğın zamanı itgin düşənlərin axtarış əməliyyatları aparılır
Yunanistanda yanğın zamanı itgin düşənlərin axtarış əməliyyatları aparılır

Yunanistanda yanğın zamanı itgin düşənlərin axtarış əməliyyatları aparılır.

Xilasedicilər təbii fəlakət zonasındaki hər bir binayı və əraziyi yoxlayırlar.

İtənləri suda da axtarırlar, çünki Rafina şəhərinin sakinləri yanğın zamanı dənizə doğru qaçdılar.

Yerli əhalinin bəyanatına görə, yanğın zamanı külək qəflətən istiqamətini dəyişdirdi və dağdan dənizə doğru əsdi və dənizə yaxınlaşan insanları dalğa 4-5 kilometrlik məsafəyə apardı.

Yunanistan artıq ikinci gündür ki, meşə yanğını nəticəsində həlak olan 85 nəfərə görə matəm tutur.

100-yaxın vətəndaş isə, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yunanistanın Müdafiyə Nazirinin bəyanatına görə, satelit görüntülərinin öyrənilməsi və ərazinin inspeksiyası nəticəsində, istintaq Atikanın şərq hissəsində geniş-miqyaslı yanğının qəsdlə törədilməsi ilə bağlı bir çox dəlil aşkarlandı.

Digər təfərruatlar haqqında danışmaqdan nazir baş qaçırtdı.