Yunanıstanda pandemiyanın başlamasından bu günə qədər koronavirusun yeni hallarının ən yüksək göstəricisi qeydə alındı
Yunanıstanda pandemiyanın başlamasından bu günə qədər koronavirusun yeni hallarının ən yüksək göstəricisi qeydə alındı

Yunanıstanda pandemiyanın başlamasından bu günə qədər koronavirusun yeni hallarının ən yüksək göstəricisi qeydə alındı. Son 24 saat ərzində koronavirus 262 insanda təsdiq olundu.

Məlumatı “Reuters” agentliyi yayır. Ölkənin Səhiyyə Nazirliyinin göstəricilərilə, son bir gün ərzində virusdan iki insan vəfat etdi.

Yunanıstan hökumətinin qərarı ilə, 17 avqustdan Belçika, Çexiya, Hollandiya, İspaniya və İsveçdən Yunanıstana səfər edən insanlar, koronavirus üzrə edilmiş testin cavabını təqdim etməyə borclu olacaqlar.