Yol-nəqliyyat sahəsindəki qanun pozuntuları üçün cərimələrin ödənilmə müddəti təxirə salındı
Yol-nəqliyyat sahəsindəki qanun pozuntuları üçün cərimələrin ödənilmə müddəti təxirə salındı

Daxili İşlər Nazirliyinin təşəbbüsü və Gürcüstan iqtidarının qərarı ilə yol-nəqliyyatı sahəsində baş verən qanun pozuntularına görə cərimələrin ödənilmə müddəti təxirə salındı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu vaxta qədər, yazılan cərimələrin ödənilmə müddəti ölkədə fövqəladə vəziyyət başa çatdıqdan sonra təyin ediləcək.

Cərimələrin ödənilməsi müddəti ilə bərabər, avtomobillərin texniki yoxlanışdan keçirilmə müddəti də fövqəladə vəziyyət başa çatana qədər təxirə salınır.

DİN-in xidmət mərkəzlərinin servislərindən məsafəli istifadə üçün isə, vətəndaşlar 241 42 42 nömrəsinə zəng edə bilərlər və yaxud police.ge veb səhifəsindən məlumat ala bilərlər.