Yerə düşən təyyarənin göyərtəsində olanların hamısı həlak oldu
Yerə düşən təyyarənin göyərtəsində olanların hamısı həlak oldu

Domodedovodan Orska gedən təyyarə Podmoskoviyedə yerə düşdü. Göyərtədə 71 insan var idi.

İlkin məlumata görə, Qəza nəticəsində göyərtədə olanların hamısı həlak oldu. Onlar arasında bir azyaşlı uşaq da var idi.

Fövqəladə Xidmətinin nümayəndələri artıq hadisə yerinə getdilər.

Jurnalistlərin məlumatına görə, xilasedicilər əlverişsiz hava şəraiti ilə qarşılaşdılar. Hadisə yerində hazırda qar yağır və -5 dərəcə soyuq var.

“Saratov Hava Yollarına” məxsus təyyarə radarlardan az öncə yoxa çıxdı. Son məlumata görə göyərtədə 71 insan var idi. Onlardan 6 ekipaj üzvü idi.

Baş verənlərin araşdırılmasına artıq başlanıldı.