Yerli medianın məlumatına görə, işğal olunmuş Sxinvali bölgəsində koronavirusa yoluxmanın üç yeni halı qeyd olundu
Yerli medianın məlumatına görə, işğal olunmuş Sxinvali bölgəsində koronavirusa yoluxmanın üç yeni halı qeyd olundu

Rusiya tərəfindən işğal olunmuş Sxinvali bölgəsində koronavirusa yoluxmanın üç yeni halı qeyd olundu. “COVID-19” iki kursantda və bir sanitar qadında aşkar edildi. Məlumatı yerli media yayır. Elə onların məlumatına görə, daha bir insanı xəstəxanadan evə buraxdılar.

İşğal rejiminin nümayəndələrinin bəyan etdiyinə görə, yoluxmanın yeni halları karantin zonasında aşkar edildi.

Hazırda işğal olunmuş Sxinvali Xəstəxanasında 14 pasiyent qalır. Müşahidə altında 140 insandır.

Bununla yanaşı, işğal olunmuş bölgənin qondarma hakimiyyəti qərar verdi ki, Rusiya ilə sərhəd 30 iyuna qədər bağlı olacaq.