Yens Stoltenberq - Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq, NATO öz yaxın partnyorları olan Ukrayna və Gürcüstanı dəstəklədi
Yens Stoltenberq - Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq, NATO öz yaxın partnyorları olan Ukrayna və Gürcüstanı dəstəklədi

Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq, NATO yaxın partnyorları olan Ukrayna və Gürcüstanı dəstəklədi, – bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq ABŞ konqresində çıxış edərkən verdi.

Yens Stoltenberqin ABŞ-a getməsi NATO-nun 70-ci yubileyi ilə bağlıdır.

NATO-nun baş katibinin bəyanatını zaldakilar alqışlarla qarşıladılar.

Stoltenberq öz çıxışında bir neçə dəfə Rusiyayı qeyd etdi.

“2014-cü ildə Rusiya Krımı qeyri-qanuni şəkildə anneksiya etdi. İkinci Dünya Müharibəsindən sonra, Avropanın bir dövləti, digərinin əlindən ərazisini aldı. Rusiya Arktikadan Aralıq Dənizinə qədər və Qara Dənizdən Baltikyanına qədər öz hərbi nümayəndəliklərini artırmağa çalışır.

O bəşər Əsədin qanlı rejimini dəstəkləyir.

Bununla yanaşı, daimi olaraq, NATO və onun müttəfiqlərinə kiber-hücumlar edir” – dedi NATO-nun baş katibi.