Yens Stoltenberq - NATO-nun üzvlərinin hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
Yens Stoltenberq - NATO-nun üzvlərinin hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

NATO-nun üzvlərinin hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, – bu barədə Şimali Atlantik Aliyansının baş katibi NATO-Ukrayna komissiyasının fövqəladə iclasının başa çatmasından sonra bəyan etdi.

Yens Stoltenberqin dediyinə görə, aliyansın üzvləri Rusiyanı Azov Dənizində gəmilərin hərəkət etməsinin təmin edilməsinə doğru çağırırlar.

NATO-nun baş katibinin dediyinə görə, bu insident göstərir ki, Ukraynada müharibədir və bu artıq dörd ildir davam edir.

“Rusiya, Ukrayna ərazisindən öz qüvvələrini çıxarmalıdır”, – Yens Stoltenberq bəyan etdi.