Yens Stoltenberq - NATO daha qlobal olmalıdır və partnyorları ilə, onların arasında Gürcüstanla əməkdaşlıq bunun hissəsi olmalıdır
Yens Stoltenberq - NATO daha qlobal olmalıdır və partnyorları ilə, onların arasında Gürcüstanla əməkdaşlıq bunun hissəsi olmalıdır

NATO daha qlobal olmalıdır və partnyorları ilə, onların arasında Gürcüstanla əməkdaşlıq bunun hissəsi olmalıdır, – bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq alyansın üzvü olan ölkələrin Xarici İşlər Nazirləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verdi.

Görüşdə NATO-nun gələcək inkişaf strategiyası müzakirə olunurdu.

“Bu strategiyada Qara Dəniz regionu və Gürcüstanın hansı yeri aldığı” ilə bağlı Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi suala NATO-nun baş katibi cavab verdi ki, 2030-cu il üçün NATO daha qlobal olmalıdır və Gürcüstan da digər partnyorlarla bərabər bu strategiyanın hissəsi olacaq.

“Qarşımızda duran çağırışlardan biri Çinin güclənməsidir. Biz görürük ki, Çin bizə yaxınlaşır. O NATO ölkələrinə ciddi investisiyalar edir. Qara Dəniz regionunda isə, NATO-nun üç ölkəsi və iki partnyoru var – Gürcüstan və Ukrayna.

Bunu demək üçün hələ tezidr, ancaq Gürcüstan və Ukrayna kimi partnyorlarla əməkdaşlıq məsələsi, NATO-nun üzv ölkələrini liderlərinə təqdim etdiyim təklifdə mütləq olacaq” – dedi Yens Stoltenberq.