Yens Stoltenberq - NATO, Britaniyaya Skripalinin zəhərləndirilməsi işinin istintaqında yardım etməyə hazırdır
Yens Stoltenberq - NATO, Britaniyaya Skripalinin zəhərləndirilməsi işinin istintaqında yardım etməyə hazırdır

Sergey Skripalinin zəhərləndirilməsi işi barəsində Britaniya Xarici İşlər naziri və NATO-nun baş katibi arasında görüş keçirildi.

Birgə mətbuat konfransında Yens Stoltenberq bəyan etdi ki, Aliyans Britaniyaya Skripalinin zəhərləndirilməsi işinin istintaqında yardım etməyə hazırdır. NATO-nun baş katibi Rusiyanı iş ilə bağlı suallara cavab verməyə çağırdı.

Boris Conson isə qeyd etdi ki, Rusiyaya qarşı mümkün tədbirlər ilə bağlı, Britaniya NATO və Avropa İttifaqı ilə birlikdə işləyir.

Martın 12-də Tereza Mey Moskvaya 24 saatlıq ultimatum irəli sürdü və keçmiş rus kəşfiyyatçısı, Sergey Skripali və onun qızının zəhərləndirilməsi işi üzrə açıqlamanın verilməsini tələb etdi, əks təqdirdə sanksiyalarıa hədələdi. Birləşmiş Krallıq hesab edir ki, böyük ehtimalla, Skripalinin zəhərləndirilməsində Rusiya günahkardır.