Yens Stoltenberq - Gürcüstanın nə zaman NATO-nun üzvü olacağı barədə qərarı Gürcüstan və NATO üzvləri verəcəklər, Rusiyanın bu prosesə qarışmağa haqqı yoxdur
Yens Stoltenberq - Gürcüstanın nə zaman NATO-nun üzvü olacağı barədə qərarı Gürcüstan və NATO üzvləri verəcəklər, Rusiyanın bu prosesə qarışmağa haqqı yoxdur

Gürcüstanın nə zaman NATO-nun üzvü olacağı barədə qərarı Gürcüstan və NATO üzvləri qərar verəcəklər, Rusiyanın bu prosesə qarışmağa haqqı yoxdur – Bu bəyanatı Şimali-Atlantika Alyansının baş katibi Yens Stoltenberq mətbuat konfransında Birinci Kanalın sualını cavablandırarkən verdi.

Birinci Kanal NATO komisiyasının iclasında Gürcüstana aid olan hansı məsələləri müzakirə edəcəyi barədə sual verdi. Həmçinin, Birinci Kanal rəsmi Moskva tərəfindən Gürcüstanın NATO-ya qoşulması ilə bağlı mənfi bəyanatlarına NATO rəhbərlərinin reaksiyası ilə maraqlandı.

Yens Stoltenberqin dediyinə görə, NATO Gürcüstanın təhlükəsizlik sektorundaki islahatların davam etməsinə yardım edəcək.

“Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Bu qərarı yalnız Gürcüstan və NATO-nun üzvləri verəcəklər və başqa heç bir ölkənin bu prosesə qarışmasına imkan verilməyəcək. Gürcüstan müstəqil, suveren bir dövlətdir və biz onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Heç bir zaman Cənubi Osetiyayı və Abxaziyayı müstəqil dövlətlər olaraq, qəbul etməyəcəyik” – dedi Stoltenberq.