Yens Stoltenberq - Gürcüstanın nail olduğu tərəqqiyə mütləq dəyər veriləcək və bunu qəbul etmənin dəqiq formasını tapacağıq
Yens Stoltenberq - Gürcüstanın nail olduğu tərəqqiyə mütləq dəyər veriləcək və bunu qəbul etmənin dəqiq formasını tapacağıq

Gürcüstan islahatlar keçirməyə, silahlı qüvvələrin modernizasiyasına, NATO standartlarını qane etməyə, qanun aliliyini qorumağa, müstəqil məhkəmə sistemini təmin etməyə, korrupsiya ilə mübarizəyə davam etməlidir, – bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq Birinci Kanalın jurnalistinin sualına cavab olaraq verdi.

Jurnalist Yens Stoltenberqdən Gürcüstanın alyansın üzvü olması üçün yenə hansı addımları atması gərəkdiyi soruşdu.

Stoltenberq bəyan etdi ki, qeyd olunan islahatlar Gürcüstanın Şimali-Atlantika alyansına  qoşulması yolunda yardımçı olacaq.

“Əminəm ki, Gürcüstanın nail olduğu tərəqqiyə mütləq gərəkən dəyər veriləcək və bunu qəbul etmənin dəqiq formasını tapacağıq” – dedi Stoltenberq.