Yens Stoltenberq - Gürcüstanı, islahatlarla nail olduğu tərəqqisini təbrik edirəm
Yens Stoltenberq - Gürcüstanı, islahatlarla nail olduğu tərəqqisini təbrik edirəm

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanı, ölkənin həyata keçirdiyi islahatları ilə nail olduğu tərəqqisini təbrik edir.

Bəyanatı Stoltenberq NATO-Gürcüstan kommisiyasının iclasında verdi.

Onun dediyinə görə, Gürcüstan NATO-nun layiqli partnyoru və aliyansın aspirant ölkəsidir. NATO-nun baş katibi  qeyd etdi ki, iclasda Qara Dəni təhlükəsiliyi ürə müakirə aparaaqlar.

“NATO Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Zərfin implementasiyasını dəyərləndirəcəyik. NATO-nun  dəstəyi ilə Gürcüstanın müdafiə institutları güclənir və ölkəyə aliyansa üzv olması yolunda dəstək olur. Gürcüstanı, islahatlarla nail olduğu tərəqqisini təbrik edirəm”, – NATO-nun baş katibi bəyan etdi.

Brüseldə, NATO-Gürcüstan kommisiyasının iclasında Xarici İşlər naziri Mixeil Canelidze iştirak edir.