Yens Stoltenberq Gürcüstana martda səfər edəcək
Yens Stoltenberq Gürcüstana martda səfər edəcək

NATO-nun baş katibi, Yens Stoltenberq Gürcüstana martda səfər edəcək. Bu barədə Stoltenberq Gürcüstan prezidenti, Salome Zurabişvili ilə keçirilən görüşdən sonra, mətbuat konfransında Birinci Kanalın jurnalistinin sualına cavab olaraq bəyan etdi.

“Martda Gürcüstana gələcəm və bu anı gözləyirəm. Bilirəm ki, Gürcüstan çox gözəl və qonaqpərvər ölkədir. Mənim məqsədim Gürcüstan hökuməti və liderləri ilə partnyorluq barəsində söhbətdir. NATO təlimlərində də iştirak edəcəm. Bizim ismarıcımızdır ki, partnyorluğumuz güclənir. Bu Gürcüstan üçün, eləcə də NATO üçün faydalıdır. Təlimlər əməkdaşlığımızın gücləndirilməsinə doğru yönəldilmiş olacaq”, – Stoltenberq bəyan etdi.

Gürcüstan prezidenti, Salome Zurabişvili NATO-nun baş katibi, Yens Stoltenberq ilə bu gün, Brüsseldə görüşdü.