Yens Stoltenberq - Gürcüstan NATO-nun üzvü olacaq, çünkü biz onun avro-atlantik təşəbbüsünü dəstəkləyirik
Yens Stoltenberq - Gürcüstan NATO-nun üzvü olacaq, çünkü biz onun avro-atlantik təşəbbüsünü dəstəkləyirik

NATO-nun Gürcüstanla partnyorluğu unikaldər, siz alyansın ən əhəmiyyətli partnyoru və etibarlı dostusunuz, – bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Giorgi Marqvelaşvili ilə bərabər verdi.

“Sizi qarşıladığımız və NATO sammitində iştirak etdiyiniz üçün sevinirəm. NATO və Gürcüstan partnyorluğunun ilk iclasından sonra on il keçdi və ondan sonra NATO-nun Gürcüstanla əməkdaşlığı unikal oldu” – dedi Yens Stoltenberq.

Onun dediyinə görə, alyans Əfqanistandaki NATO missiyasına Gürcüstanın etdiyi kontribusiyaya görə minətdardır.

Stoltenberqin dediyinə görə, Gürcüstan mütləq NATO-nun üzvü olacaq və alyanslın üzvləri bunu dünən də təsdiqlədilər.

Birgə bəyanatları Yens Stoltenberq və Giorgi Marqvelaşvili, Brüsseldə, NATO sammiti çərçivəsində keçirilən görüş zamanı verdilər.