Yens Stoltenberq - Gürcüstan hər zaman Rusiya ilə keçirilən görüşlərin gündəmində olacaq
Yens Stoltenberq - Gürcüstan hər zaman Rusiya ilə keçirilən görüşlərin gündəmində olacaq

Ukrayna və Gürcüstan hər zaman bizim gündəmimizdədir və Rusiya tərəfi ilə hər görüşdə müzakirə edilən mövzudur, – bu barədə bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq Birinci Kanalın sualına cavab olaraq verdi.

“Biz vahidik və güclüyük və Rusiya ilə sivil şəkildə dialoq aparmalıyıq. Rusiya bizim qonşumuzdur. Onunla daha yaxşı münasibət qorumağa çalışırq, ancaq təəssüf ki, bu alınmır və Rusiya ilə münasibətlərimiz daha da gərginləşir, çünki o bizim sərhədimizə yaxın ərazilərdə hərbi təlimlər keçirir.

Düşünürük ki, Rusiya ilə dialoq önəmlidir, xüsusi ilə də gərgin vəziyyət yarandığı zaman. Ancaq eyni zamanda, Gürcüstan, Ukrayna və Moldova bizim partnyorlarımızdır və bu ölkələər dəstək verməyə davam edəcəyik” – dedi Yens Stoltenberq.