Yens Stoltenberq - Aliyans NATO-ya üzv olmaq üçün Gürcüstana yardımı gələcəkdə də göstərəcək
Yens Stoltenberq - Aliyans NATO-ya üzv olmaq üçün Gürcüstana yardımı gələcəkdə də göstərəcək

Şimali Atlantik Aliyansı NATO-ya üzv olmaq üçün Gürcüstana yardımı gələcəkdə də göstərəcək, – bu barədə Yens Stoltenberq Vaşinqtonda keçirilən mətbuat konfransı zamanı bəyan etdi.

Şimali Atlantik Aliyansının baş katibinin dediyinə görə, Gürcüstan üçün NATO əhəmiyyətlidir, necə ki, NATO üçün Gürcüstan. Məhz elə buna görə, tərəflər arasında partnyorluğun dərinləşdirilməsi adi rejimdə davam edəcək.

“Gürcüstan tərəqqi əldə edir. Biz bunu alqışlayırıq və Aliyans NATO-ya üzv olmaq üçün Gürcüstana yardımı gələcəkdə də göstərəcək”, – Yens Stoltenberq bəyan etdi.

Mətbuat konfransında söhbəti zamanı Şimali Atlantik Aliyansının baş katibi iyulda keçirilən NATO sammitini xatırladı, burada o, Gürcüstan prezidenti ilə görüşmüşdü. Onun dediyinə görə, onun Giorgi Marqvelaşvili ilə çox yaxşı görüşü var idi.

Yens Stoltenberq bəyan etdiyinə görə, məhz elə bu samitdə xüsusi ilə qeyd edildi ki, Gürcüstan NATO-nun üzvü olacaq.