Yens Stoltenberq - 2008-ci ildə biz Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına qərar verdik, lakin bunun konkret olaraq nə zaman olacağını deməmişik
Yens Stoltenberq - 2008-ci ildə biz Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına qərar verdik, lakin bunun konkret olaraq nə zaman olacağını deməmişik

 

2008-ci ildə biz Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına qərar verdik, lakin bunun konkret olaraq nə zaman olacağını deməmişik – bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “La Repubblica”-ya müsahibəsində deyib.

“Ukrayna artıq üzvlük üçün bizə müraciət edib və biz bunun üzərində işləyirik. Biz islahatlar prosesini dəstəkləyirik, ordunun NATO standartlarına cavab verməsi üçün modernləşdirilməsinə kömək edirik. 2008-ci ildə biz Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına qərar verdik, lakin bunun konkret olaraq nə zaman olacağını deməmişik”-deyə alyansın baş katibi bildirib.

Stoltenberqin sözlərinə görə, Alyans NATO-nun açıq qapı siyasəti hesabına güzəştə getməyəcək.

Yens Stoltenberq cari həftə Rusiya ilə keçirilən danışıqlar prosesindən də danışıb. Alyansın baş katibinin sözlərinə görə, danışıqlar prosesi kifayət qədər mürəkkəb olub və bir neçə saat boyunca davam edib. Stoltenberqin sözlərinə görə, hər iki tərəf öz narahatlıqlarından danışıb. Alyansın baş katibi, Rusiya ilə bu formatda görüşün son iki ildə ilk dəfə keçirildiyini bildirib, onun qiymətləndirməsinə görə mövcud vəziyyəti nəzərə alarsaq bu vacibdir.