Yens Stoltenberq - Əfqanıstan artıq beynəlxalq terrorçuların sığınacağı deyil, buna nail olmaq gürcü hərbiçilərsiz mümkün olmazdı
Yens Stoltenberq - Əfqanıstan artıq beynəlxalq terrorçuların sığınacağı deyil, buna nail olmaq gürcü hərbiçilərsiz mümkün olmazdı

Əfqanıstan artıq beynəlxalq terrorçuların sığınacağı deyil, buna nail olmaq gürcü hərbiçilərsiz mümkün olmazdı, – bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq NATO-Gürcüstanın birgə hərbi təlimləri və dəyərləndirmə mərkəzində, Əfqanıstanda xəsarət alan hərbi xidmətçilərlə görüşü zamanı bəyan etdi.

Yens Stoltenberq aliyansın bütün üzvlərinin və partnyorlarının adından gürcü hərbi xidmətçilərinə etdikləri xidmətlərinə görə, təşəkkürünü bildirdi.

“Bilirəm ki, ölkəniz və bizim aliyansımız üçün xidmət edirsiniz. Yerinə yetirdiyiniz işlər hər birimiz üçün çox əhəmiyyətlidir, çünki terrorçularla mübarizədə yardım edirsiniz. Əfqanıstanda ona görəyik ki, əmin olaq bu ölkə bir daha terrorçuların sığınacağı olmayacaq. Biz çox şeyə nail olduq.

Əfqanıstanda bir çox problem yenə qalmaqdadır. Lakin bu gün biz bilirik ki,  Əfqanıstan “Al-Kaida” üçün, beynəlxalq terrorçular üçün sığınacaq deyil, buna nail olmaq sizsiz mümkün olmazdı və buna görə, aliyansın bütün üzvlərinin və partnyorlarının adından xidmətlərinizə görə, təşəkkürümü bildirirəm”, – Stoltenberq bəyan etdi.

NATO-nun baş katibi, Yens Stoltenberq NATO-Gürcüstanın birgə hərbi təlimləri və dəyərləndirmə mərkəzində (JTEC) idi. Yens Stoltenberq “NATO-Gürcüstan təlimləri 2019”-un gedişatı ilə tanış oldu.

Şərh yaz