Yeni Zelandiyanın baş naziri Co Baydenə pandemiya ilə mübarizədə yardım təklif edir
Yeni Zelandiyanın baş naziri Co Baydenə pandemiya ilə mübarizədə yardım təklif edir

Yeni Zelandiyanın baş naziri, Cansida Ardern Amerika Birləşmiş Ştatlarının seçlmiş prezidentinə, Co Baydenə pandemiya ilə mübarizədə yardım təklif edir.

Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Agentliyin məlumatına görə, Cansida Ardern və Co Bayden arasında telefon söhbəti baş tutdu.

“Ona və onun komandasına səhiyyə sahəsi nümayəndələri ilə görüş təklif etdim ki, bizim mütəxəssislərimiz Amrikalı həmkarlarına virsla mübarizə yolunda aldığı təcrübə ilə paylaşsınlar”, – Ardern bəyan etdi.

Yeni Zelandiya “COVID-19”-a qarşı mübarizədə ən uğurlu ölkələrdən biri hesab olunur. Burada pandemiyanın başlamasından bu günə qədər koronavirusun 2 030 halı qeydə alınıb, 25 pasiyent vəfat edib.