Yeni tədris ilindən şagirdlər avqust müharibəsi qəhrəmanlarının tarixini öyrənəcəklər
Yeni tədris ilindən şagirdlər avqust müharibəsi qəhrəmanlarının tarixini öyrənəcəklər

2018-2019-cu tədris ilindən məktəblərin bir hissəsində şagirdlər avqust müharibəsi qəhrəmanlarının tarixini öyrənəcəklər. Qeyd olunmuş tarixlər, yeni fənn olan “Özünümüdafiə və təhlükəsizlik” kitabına daxildir, – bu haqda Birinci Kanala Təhsil Nazirliyinin Milli Tədris Planları İdarəsinin vətəndaş təhsili mütəxəssisi Şalva Mekravişvili bəyan etdi.

Onun dediyinə əsasən, layihə birinci mərhələdə test rejimində olacaq, gələn tədris  ilindən isə, 7-ci və 12-ci sinif şagirdləri üçün yeni standartlar aktivləşdikdə, güman ki,  həmin fənn məcburi olsun.

Şalva Mekravişvilinin bəyanatına əsasən, kitaba 2008-ci ilin qvaist müharibəsi ayrı bir  mövzu olaraq daxil ediləcək. Bununla, detallı şəkildə Gürcüstanın müasir milli qəhrəmanlarının, onlar arasında avqust müharibəsinin qəhrəmanları haqqında danışılıb.

“Özünümüdafiə və təhlükəsizlik” fənni onuncu sinif üçündür.

Hazırki mərhələdə məktəblərdə 2008-ci ilin avqust müharibəsi 9-cu sinifdə, Gürcütsan tarixi çərçivəsində tədris olunur. Qəhrəmanlar haqqında isə kitabda danışılmır.

2019-2020-ci tədris ilində məktəblərə 7-cidən 12-ci sinfə kimi məzmun olaraq yenilənmiş kitablar daxil olmalıdır.