Yeni tədris ili adi rejimdə, sentyabrın 15-də başlayacaq
Yeni tədris ili adi rejimdə, sentyabrın 15-də başlayacaq

Yeni tədris ili sentyabrın 15-də başlayacaq, – bu barədə bəyanatı Gürcüstanın Təhsil Naziri Mixeil Çxenkeli verdi.

Nazir bəyan etdi ki, bugünki epid-vəziyyətdən irəli gələrək, tədris ilinin sentyabrın 15-də başlaması üçün maneə yoxdur.

“Əlbəttə ki, hər cür ssenari üçün hazırıq, ancaq bugünki vəziyyətə baxsaq, təhsil prosesi adi rejimdə bərpa olunacaq. Təhsil sistemi sentyabrın 15-dəki epid-vəziyyətə müvafiq qərar verəcək” – dedi Mixeil Çxenkeli.