Yeni seçilmiş Parlamentin ilk iclası, rəsmi nəticələrin elan olunmasından on gündən gec olmayaraq keçirilməlidir
Yeni seçilmiş Parlamentin ilk iclası, rəsmi nəticələrin elan olunmasından on gündən gec olmayaraq keçirilməlidir

Mərkəzi Seçki Komissiyası 2020-ci il 31 oktyabr Parlament seçkilərinin yekun nəticəsini təsdiq etdikdən sonra, prezident onuncu çağırış Parlamentinin ilk iclasını təyin edir.

MSK yekunlaşdırıcı protokolu bu gün dərc etdirdi.

Qanunvericiliyi nəzərə alaraq, yeni seçilmiş Parlamentin ilk iclası, rəsmi nəticələrin elan olunmasından on gündən gec olmayaraq keçirilməlidir.

Onuncu çağırış Parlamentinin ilk iclasını Gürcüstan prezidenti açacaq. İclasda həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri iştirak edəcək.

Elə ilk iclasda deputatlar, gizli səsvermə ilə, Parlamentin sədrini seçirlər.

Şərh yaz