Yeni seçilmiş Parlamentin ilk iclası 11 dekabrda keçiriləcək
Yeni seçilmiş Parlamentin ilk iclası 11 dekabrda keçiriləcək

Bu gün, dekabrın 8-də Gürcüstan prezidenti yeni seçilmiş Parlamentin ilk iclasının təyin olunması barəsində sərəncam verdi.

Bu barədə məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.

Sərəncama əsasən, ilk iclas 11 dekabrda, saat 12:00-da təyin edildi.

Qanunvericiliyi nəzərə alaraq, yeni seçilmiş Parlamentin ilk iclası, rəsmi nəticələrin elan olunmasından on gündən gec olmayaraq keçirilməlidir. Mərkəzi Seçki Komissiyası yekunlaşdırıcı protokolu 3 dekabrda dərc etdirdi və doqquz siyasi partiyaya Parlament mandatını bölüşdürdü.