Yeni koronavirusun bu gün təsdiq olunan hallar arasında bir pasiyent Bolnisidəndir
Yeni koronavirusun bu gün təsdiq olunan hallar arasında bir pasiyent Bolnisidəndir

Yeni koronavirusun bu gün təsdiq olunan hallar arasında bir pasiyent Bolnisidəndir.

Gürcüstanın Birinci Kanalının jurnalistinin Bolnisidən verdiyi məlumata görə, laboratoriya tədqiqatı nəticəsində koronavirusun infeksiyası Bolnisi munisipalitetinin daha bir sakinində təsdiq olundu. Onu Tbilisiyə, Birinci Universitet Klinikasına yerləşdirdilər.

Virusa yoluxanın yaşadığı qəsəbədə epidemioloqlar işləyirlər və pasiyentin kontaktlarını öyrənirlər.

Bolnisi munisipalitetində koronavirusun doqquz halından altısı Kvemo Bolnisi qəsəbəsində aşkar edildi və bir-biri ilə əlaqədə olan kontaktlardır. Onlardan biri, 79 yaşlı qadın bir neçə gün bundan əvvəl vəfat etdi.

Gürcüstanda hazırda yeni koronavirusa yoluxmanın 208 halı qeydə alınır, buradan 48 pasiyent sağalıb və üç pasiyent dünyasını dəyişib.