Yeni il günlərində pirotexnika ilə xəsarət almanın 111 halı qeyd olundu
Yeni il günlərində pirotexnika ilə xəsarət almanın 111 halı qeyd olundu

Dekabrın 31-dən yanvarın 2-nə qədər, region miqyasında pirotexnika ilə zərər görmə hallarının sayı 58 idi, – bu barədə məlumatı Gürcüstanın Səhiyyə Nazirliyi yayır.

Nazirliyinin məlumatına görə, təcili tibbi yardım xidmətinin həkimləri yerindəcə 10 pasientə yardım etdilər, 48-i isə, klinikaya aparıldı.

Nazirliyin məlumatına görə, həmin vaxt müddətində, paytaxt miqyasında pirotexnika ilə zərər görmənin  53 halı qeyd olundu. Onlardan 45-ndə, pasientlərə təcili hospitalizasiya lazım oldu.

Pasientlərin əksəriyyətinin barmaqları və üzü yanıb.

İaşvili klinikasına aparılan bir pasientin barmağına amputasiya lazım oldu.