Yeni 10 larilik dövriyyəyə oktyabrın birindən daxil olacaq (foto)
Yeni 10 larilik dövriyyəyə oktyabrın birindən daxil olacaq (foto)

Yeni 10 larilik dövriyyəyə oktyabrın birindən daxil olacaq. Bu barədə Milli Bankın prezidenti, Koba Qvenetadze bu gün keçirilən təqdimatda bəyan etdi.

Yeniləşdirilmiş 10 lariliyin ön hissəsində Akaki Seretelinin fərqli portreti əks olunub.

O biri hissəsində isə, David Kakabadzenin “İmereti-Dedaçemi” tanınmış əsəri əks olunubdur.

“Bu gün yeniləşdirilmiş lari ailəsinin son üzvünü – 10 lariliyi təqdim edirik. Bununla larinin yeniləşdirilməsi prosesi başa çatıbdır”, – Koba Qvenetadze bəyan etdi.