Yay mövsümündə Tbilisidən 52, Kutaisidən isə, 28 istiqamət üzrə müntəzəm reys həyata keçirləcək
Yay mövsümündə Tbilisidən 52, Kutaisidən isə, 28 istiqamət üzrə müntəzəm reys həyata keçirləcək

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Mülki Aviasiya Agentliyi tərəfindən yay naviqasiya mövsümü üçün şirkətlərin uçuşlarının cədvəli təsdiq olundu.

Agentliyin məlumatına görə, martın son bazar günündən oktyabrın son şənbə gününə qədər, Gürcüstanın Beynəlxalq Aeroportlarından 590 reys yerinə yetiriləcək. Keçən ilin eyni dövrünün göstəricisi 540 idi. Müvafiq olaraq cari ildə bu göstərici 9 faiz ilə artır.

Aviareyslər iki gürcü və 39 xarici aviaşirkət tərəfindən yerinə yetiriləcək. O cümlədən 3 yük aviaşirkəti daxil olmaqla.

Tbilisi Beynəlxalq Aeroportundan reyslər 52 istiqamət üzrə həyata keçirləcək: Afina, Alma-Ata, Amsterdam, Ankara, Aktau, Barselona, Bakı, Bəhreyn, Bologna, Brüssel, Berlin, Buxarest, Damami, Doha, Dubay, Yekaterinburq, El-Küveyt, Yerevan, Varşava, Vyana, Voronej, Tehran, Tel-Aviv, Kiyev, Krasnodar, London, Minsk, Münhen, Moskva, Novosibirsk, Nur-Sultan, Paris, Pekin-Urumçi, Perm, Praqa, Jukovski, Rostov, Riqa, Samara, Salonik, Sankt-Peterburq, Soçi, İstanbul, Urumçi, Ufa, Kazan, Şarm-Al-Şeyx, Şarja, Ciddə, Heraklion və Hurqada.

Kutaisi Beynəlxalq Aeroportundan reyslər 28 istiqamət üzrə həyata keçirləcək: Afina, Basel, Bari, Barselona, Berlin, Brüssel, Budapeşt, Qdansk, Dortmund, Eindhoven, Varşava, Vilnüs, Vyana, Vrotsłav, Katovice, Kopenhagen, Krakov, Larnaka, London, Memmingen, Milan, Moskva, Paris, Praqa, Riqa, Roma, Salonik və Tallinn.

Batumi Beynəlxalq Aeroportundan reyslər 14 istiqamət üzrə həyata keçirləcək: Bakı, Dubay, Yekaterinburq, Tel-Əviv, Kiyev, Minsk, Moskva, Novosibirsk, Perm, Riyad, Rostov, Sankt-Peterburq, İstanbul və Kazan.