Yaponiyanın ən populyar "Matsuya" fast-fud şəbəkəsində gürcü "Şkmeruli"-si satılacaq
Yaponiyanın ən populyar "Matsuya" fast-fud şəbəkəsində gürcü "Şkmeruli"-si satılacaq

Yaponiyanın ən böyük və ən populyar fast-fud şəbəkələrindən biri və 1000-ə qədər obyekti olan “Matsuya”-da gürcü yeməyi “Şkmeruli” satılacaq.

Bununla yanaşı, Yaponiyada Gürcüstan səfiriliyinin dəstəyi ilə, “Matsuyaya” gedən istifadəçilərə Gürcüstan haqqında reklam posteri təqdim ediləcək.

Bu barədə məlumatı Yaponiyada Gürcüstan məsələlərinin müvəqqəti nümayəndəsi Teymuraz Lejava öz “Tvitter” səhifəsindən yayır.

İlk öncə, gürcü yeməyini “Matsuya”-nın sadəcə 70 obyektində görmək olardı, ancaq, onun populyarlaşmasına görə, 2020-ci ilin yanvar ayından “Şkmeruli” “Matsuyanın” hər obyektində satılacaq.