Yaponiyada fövqəladə vəziyyətin tədbiq olunmasını müzakirə edirlər
Yaponiyada fövqəladə vəziyyətin tədbiq olunmasını müzakirə edirlər

Yaponiyada fövqəladə vəziyyətin tədbiq olunmasını müzakirə edirlər. Tokiyoda ötən gecə ərzində koronavirusun 1 300-dən artıq halı aşkar edildi. Ölkə pandemiyanın üçüncü dalğası ilə mübarizə aparır.

Bu barədə məlumatı “Qardian” yerli mediaya istinad edərək yayır.

Yaponiya baş naziri əhalini Yeni İli sakit qarşılamağa çağırır. Yaponiya İqtisadiyyat naziri ölkə hakimiyyətinə fövqəladə vəziyyətin tədbiq olunması təklifi ilə müraciət etdi.

Pandemiyanın başlamasından bu günə qədər Yaponiyada koronavirusun 233 mindən artıq halı qeydə alınıb. O cümlədən üç mindən artıq insan vəfat edib.