Yanvarın 14-də Gürcüstan Dövlət Bayrağı Günü qeyd olunur
Yanvarın 14-də Gürcüstan Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Gürcüstan Dövlət Bayrağı Günüdür. Milli Bayraq Günü 2012-ci ildən qeyd olunur.

Gürcüstan dövlət beşxaçlı bayrağı 2004-cü ilin yanvarın 14-də bərpa olundu. Dövlət Heraldika Şurası nümayəndəsinin, David Çxeidzenin bəyan etdiyinə görə, milli bayrağın böyük tarixi var və Avropa xəritələrində Gürcüstanı qədim dövrdən beşxaçlı bayraqla qeyd edirdilər.

Gürcüstan Dövlət Heraldika Şurası vətəndaşlara müraciət edir ki, damlarında dövlət bayraqlarını ucaldsınlar.

Milli Bayraq Gününə həsr olunmuş tədbirlər çərçivəsində, Gürcüstan prezidenti, Salome Zurabişvili Çoxatauridə, Eristavilər Sarayında Gürcüstan bayrağını təntənəli şəkildə ucaldacaq və vətəndaşlara nitqlə müraciət edəcək. Tədbirdə həmçinin Parlamentin sədri, Arçil Talakvadze iştirak edəcək.