Yanoş Herman - Avropa İttifaqı hazırdır ki, Gürcüstan hökumətinin sülh təşəbbüsünə praktiki addımlarla dəstəkləsin
Yanoş Herman - Avropa İttifaqı hazırdır ki, Gürcüstan hökumətinin sülh təşəbbüsünə praktiki addımlarla dəstəkləsin

Gürcüstan hökumətinin “daha yaxşı gələcək üçün addım” – yeni təşəbbüsünün praktiki hissəsinə Avropa İttifaqı da qoşulacaq.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri, Yanoş Herman Birinci Kanalın sualına cavab olaraq bəyan etdi ki, indi vacib mərhələ layihənin parlament müzakirələridir. Bundan sonra Avropa İttifaqı sülh təşəbbüsünə qoşulacaqdır.

Herman onu da xüsusilə qeyd etdi ki, Avropa İttifaqı ən birincilədən biri idi ki, “daha yaxşı gələcək üçün addım” – yeni təşəbbüsünü bəyəndi və dəstəklədi.

“Təşəbbüs vətəndaşların maraqlarına ayırıcı xəttin hər iki tərəfində xidmət edəcək. Avropa İttifaqı hazırdır ki, layihənin həyata keçirilməsini dəstəkləsin. O cümlədən praktiki addımlarla. Həmçinin layihənin parlament müzakirələrini gözləyirik”, – Yanoş Herman bəyan etdi.

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili aprelin 4-də, hökumətin iclasında “daha yaxşı gələcək üçün addım” yeni sülh təşəbbüsünü təqdim etdi.