Yaqo Xviçiya - biz deyəndə ki, "Qirçi" və "Vətəndaşlar" Giorgi Vaşadze ilə görüş planlaşdırırıq, onun bunun əleyhinə mövqeyi olmayıb
Yaqo Xviçiya - biz deyəndə ki, "Qirçi" və "Vətəndaşlar" Giorgi Vaşadze ilə görüş planlaşdırırıq, onun bunun əleyhinə mövqeyi olmayıb

Nəyin baş verdiyi barəsində təsəvvürüm yoxdur, – “Qirçi” partiyasının liderlərindən biri, Yaqo Xviçiya “Strategiya Ağmaşenebeli” partiyasının lideri, Giorgi Vaşadzenin bəyanatına əks səda verdi. Vaşadze bəyan etdi ki, müxalifət tərəfindən yeni təşəbbüslərin irəli sürülməsini düzgün hesab etmir və düşünür ki, istənilən bu cür məsələ ümumi formatda müzakirə olunmalı idi.

Yaqo Xviçiyanın dediyinə görə, onlar deyəndə ki, “Qirçi” və “Vətəndaşlar” Giorgi Vaşadze ilə görüş planlaşdırırlar, Vaşadzenin bunun əleyhinə mövqeyi olmayıb.

“Bizim ona qədər kommunikasiyamı var idi və açıq məkanda səsləndirilən bu idea barəsində söhbət edəndə, cənab Giorgi Vaşadze üçün də qəbulolunan idi. Sonra nə dəyişdi bilmirəm. Aydındır ki, heç kimi mənimlə şəxsi məkanda söhbət etməyə məcbur edə bilmərəm. Lakin siyasətçilər onsuz da açıq məkanda söhbət etməli olacağıq. Buna qədər başladığımız barəsində açıqca danışmağa hazıram. Halbuki, buna qədər əleyhinə mövqe olmayıb və nə dəyişdi, bunu Giorgi Vaşadzedən soruşmalısınız”, – Xviçiya bəyan etdi.

Şərh yaz