XİN - son göstəricilərlə, xaricdə olan 21 146 vətəndaşa yerində yardım göstərildi, vətənə 12 477 vətəndaş qaytarıldı
XİN - son göstəricilərlə, xaricdə olan 21 146 vətəndaşa yerində yardım göstərildi, vətənə 12 477 vətəndaş qaytarıldı

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, xaricədə Gürcüstan diplomatik missiyaları, Gürcüstan koordinasiya şurasının göstərişi və Xarici İşlər Nazirliyinin koordinasiyası ilə, xaricdə olan Gürcüstan vətəndaşlarına yardımı davam etdirilər.

2020-ci il 22 may göstəriciləri ilə, Gürcüstan diplomatik nümayəndəlikləri yerində 21 146 vətəndaşa yardım göstərdilər, vətənə isə – 2 477 vətəndaş qaytarıldı.

“Gürcüstan Xarici İşlər Nazirliyinin veb səhifəsində, “COVID-19″ virusunun yayılması şəraitində xaricdə olan Gürcüstan vətəndaşlarına yardım barəsində məlumat hər gün yeniləşdirilir.

Qeyd olunan iki növ məlumatı əhatə edir, vətənə qaytarılana qədər xaricdə olan vətəndaşların qayğısına qalınması və onların mərhələ şəklində vətənə qaytarılması statistikası.

Məlum olduğu kimi, vətəndaşlar Nazirliyin veb səhifəsində və Gürcüstanın diplomatik nümayəndəliklərinin veb səhifəsində elektron forma ilə xüsusi ərizə yazmalıdırlar. Qeyd olunan ərizədə olan göstəricilərin öyrənilməsindən sonra müvafiq qərar qəbul olunur”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.