XİN - sərhədçilər üçün şübhəli oldu ki, "Qorda" ansamblı İsrailə uşaq festivalına beş uşaq aparırdı, geridə qalanlar 25 yaşından yuxarı idilər
XİN - sərhədçilər üçün şübhəli oldu ki, "Qorda" ansamblı İsrailə uşaq festivalına beş uşaq aparırdı, geridə qalanlar 25 yaşından yuxarı idilər

Gürcüstan Xarici İşlər Nazirliyi sərhəddə yoxlama məqsədi ilə “Qorda” ansamblının 17 nəfərlik qrupunun əngəli barəsində açıqlama verir.

İdarədə bəyan etdiklərinə görə, sərhədçilər üçün şübhəli oldu ki, İsrailə uşaq festivalına gedən ansamblın 17 nəfərindən yalnız beşi uşaq idi, o birislər isə, 25 yaşında yuxarı idilər.

“Aprelin 14-də İsrail sərhəd mühafizəsi xidmətində Gürcüstan Xarici İşlər Nazirliyinə “Qorda” ansamblının 17 nəfərlik qrupunun üzvlərinin sərhəddə əngəli barəsində məlumat daxil oldu.

Sərhədçilər üçün şübhəli oldu ki, İsrailə uşaq festivalına gedən ansamblın 17 nəfərindən yalnız beşi uşaq idi, o birislər isə, 25 yaşında yuxarı idilər. Müvafiq olaraq onları İsrailə buraxmadılar.

Gürcüstanın İsraildəki Konsulluğu qrup rəhbərliyi ilə söhbət etdi. İsrail tərəfi, onu nəzərə alaraq, qrup tərkibində uşaqlar var idi, razi idi ki, Gürcüstan vətəndaşlarına ən yaxın reys üçün bilet versin. Halbuki valideynlər qeyd olunan təklifə rədd cavabı verdilər. Müvafiq olaraq, onların İsrailə getdikləri “myway” şirkətinin növbəti reysi aprelin 17-də, saat 13:30-dır.

Gürcüstan konsulu aeroportun ilkin yerləşdirmə müəssisəsinə getdi. Gürcüstan vətəndaşları ilə görüşdü.

Qeyd olunasıdır ki, beş uşaqdan üçününün valideyni onlarla birlikdədir. Yalnız iki uşaq valideynsizdir”, – XİN-də bəyan edirlər.