XİN - Gürcüstan ümidvar olduğunu bildirir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması münaqişənin həllinin geniş miqyaslı prosesinə imkanlar yaradacaq
XİN - Gürcüstan ümidvar olduğunu bildirir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması münaqişənin həllinin geniş miqyaslı prosesinə imkanlar yaradacaq

Gürcüstan ümidvar olduğunu bildirir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması münaqişənin həllinin geniş miqyaslı prosesinə imkanlar yaradacaq, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Gürcüstan hər iki tərəf arasında dialoqu dəstəkləyir. Bununla yanaşı hazır olduğumuzu ifadə edirik ki, beynəlxalq ictimaiyyətlə birlikdə sülh prosesinin həyata keçirilməsinə imkanlar yaradaq.

Əminik ki, beynəlxalq ictimaiyyətin səyləri və çoxtərəfli beynəlxalq mexanizmlərin işə salınması uzunmüddətli sülhün bərqarar olunmasına nəticə verəcək, bu isə, bütün bölgə üçün yeni imkanlar yaradacaq”, – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.