Xəstəliklərə Nəzarət Milli Mərkəzinin nümayəndələri xaraqaulidə, Çin şirkətində işlə təmin olunanlarla görüşdülər
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin nümayəndələri xaraqaulidə, Çin şirkətində işlə təmin olunanlarla görüşdülər

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin nümayəndələri Xaraqaulidə, Çin şirkətində işlə təmin olunanlarla görüşdülər və koronavirus ilə bağlı məlumat çatdırdılar.

“Hunan” Çin tikinti şirkətində 1000 nəfər işlə təmin olunub.

Yerində bəyan edirlər ki, tibb kabinetində hamının yoxlanılması həyata keçirilir və hazırda təhlükə mövcud deyil.

Elə onların dediyinə görə, Çindən qayıdan heç bir insanda virus əlaməti aşkar edilmədi.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin nümayəndələri elə bu gün Xaraqauli meri ilə görüşdülər və mümkün təhlükələr barəsində məlumat çatdırdılar.