Xəstəliklərə Nəzarət Mərkəzində bəyan edirlər ki, koronavirusa yoluxan həkim Qori və Tbilisidə bir neçə klinikada işləyirdi
Xəstəliklərə Nəzarət Mərkəzində bəyan edirlər ki, koronavirusa yoluxan həkim Qori və Tbilisidə bir neçə klinikada işləyirdi

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin Şida Kartli bölgə ofisinin rəhbəri, Eka Korçaşvilinin məlumatına görə, koronavirusa yoluxan həkim Qori və Tbilisidə bir neçə klinikada işləyirdi.

Korçaşvilinin Gürcüstanın Birinci Kanalına bəyan etdiyinə görə, bu mərhələdə virusa yoluxan həkimin kontaktlarının araşdırlması həyata keçirilir.

Gürcüstanda koronavirusun doqquz yeni halı qeydə alındı. Bu vaxt üçün koronavirusun 1 225 halı təsdiq olunub. Buradan min vətəndaş sağalıb. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin məlumatına görə, koronavirusun doqquz yeni halından ikisi tibb işçisidir.