Xazaradze, Caparidze və Tsereteli işi üzrə məhkəmə qərarından Konstitusiya Məhkəməsinə şikayət veriləcək
Xazaradze, Caparidze və Tsereteli işi üzrə məhkəmə qərarından Konstitusiya Məhkəməsinə şikayət veriləcək

Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tsereteli barəsində məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət verilməsi planlaşdırılır. “Lelo- Gürcüstan naminə tərəfdaşlıq” fraksiyasının üzvləri bu işdə vəkillərin mövqeyinə aydınlıq gətirmək üçün bu gün vəkillərlə görüşüb.

Caparidzenin iclasdan sonra jurnalistlərə verdiyi məlumata görə, ekspertlər hesab edirlər ki, məhkəmənin qərarı Konstitusiyanın 31-ci maddəsinin 9-cu bəndi ilə birbaşa ziddiyyət təşkil edir və bu səbəbdən də hüquqşünaslar Konstitusiya Məhkəməsinə iddia hazırlamağı zəruri hesab edirlər.

Deputatın sözlərinə görə, mütəxəssislərin, peşəkarların belə yekdilliyi üçün vacibdir ki, onlara qarşı heç bir sanksiyalar və məhdudiyyətlər olmasa da, belə presedentlərə yol vermək olmaz.

Tbilisi Şəhər Məhkəməsi yanvarın 12-də Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tsereteli barəsində hökm elan edib. Məhkəmə Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tsereteli təqsirli bilsə də, iddia müddəti bitdiyi üçün həbs cəzası təyin etməyib.