Xatiya Dekanoidze - "Milli Hərəkatın" mövqeyi birmənalıdır ki, danışıqlar masası arxasında istənilən təqdirdə sədrimiz Nika Meliya olmalıdır
Xatiya Dekanoidze - "Milli Hərəkatın" mövqeyi birmənalıdır ki, danışıqlar masası arxasında istənilən təqdirdə sədrimiz Nika Meliya olmalıdır

“Milli Hərəkatın” mövqeyi birmənalıdır ki, danışıqlar masası arxasında istənilən təqdirdə sədrimiz Nika Meliya olmalıdır, – bu barədə “Milli Hərəkatın” nümayəndəsi, xatiya Dekanoidze bəyan etdi.

Onun dediyinə görə, siyasi böhran səngiməlidir, çünki onlar vətəndaşlar və beynəlxalq həmdostluq qarşısında məsuliyyət götürüblər.

“Xüsusilə qeyd etmək istəyirəm, “Milli Hərəkatın” mövqeyidir ki, siyasi böhran səngiməlidir, çünki biz vətəndaşlar və beynəlxalq həmdostluq qarşısında üzərimizə məsuliyyət götürmüşük. Müvafiq olaraq, istənilən təqdirdə, Nika Meliyanın siyasi məhbusluqdan azad edilməsi və növdənkənar seçkilərdən sonra hakimiyyətin sülh yolu ilə təhvil alınması barəsində söhbət edəcəyik.

Ğaribaşvili ilə söhbətə gəldikdə, əminəm ki, beynəlxalq həmdostluq “Pirveli” telekanalı efirinə çıxan ağır faktı nəzərə alacaq. Buna görə, məncə danışıqlara başqa insanın göndərilməsində çətinlik çəkməyəcəklər. Ümumiyyətlə demək istəyirəm ki, növdənkənar seçkilər çox əhəmiyyətlidir. Mövqeyimiz birmənalıdır ki, danışıqlar masası arxasında istənilən təqdirdə həbs olunan sədrimiz Nika Meliya olmalıdır”, – Dekanoidze bəyan etdi.