Xalq Müdafiəçisi Parlamentə 2019-cu ilin hesabatını təqdim etdi
Xalq Müdafiəçisi Parlamentə 2019-cu ilin hesabatını təqdim etdi

Gürcüstan Xalq Müdafiəçisi Parlamentə 2019-cu ilin hesabatını təqdim etdi. Hesabat 433 səhifəlikdir və Gürcüstanda insan hüquqları baxımından mövcud duruma aiddir.

Sənəddə deyilir ki, ötən il, Xalq Müdafiəçisi aparatına insan hüquqlarının pozulması faktları barəsində 6 737 ərizə daxil oldu.

Onların dediyinə görə, Xalq Müdafiəçisi aparatının Tbilisi ofisində 2 399 vizitora hüququ konsultasiya verildi. Aparatın bölgə ofisləri isə, 4 448 marağında olan şəxsə telefon və şəxsi konsultasiya göstərdilər. Həmçinin əhali və müxtəlif yerli təşkilatın nümayəndələrinin iştirakı ilə 990 görüş keçirildi.

Reqlamentə əsasən, Xalq Müdafiəçisi Parlamentə hesabatını martın sonuna kimi təqdim etməlidir. Qanunvericilik orqanı isə, sənədi yaz sessiyasının sonuna kimi müzakirə edir.