"Wizzair" tərəfindən Kutaisidən 12 yeni istiqamət üzrə uçuşların əlavə edilməsi vaxtı uzadıldı
"Wizzair" tərəfindən Kutaisidən 12 yeni istiqamət üzrə uçuşların əlavə edilməsi vaxtı uzadıldı

“Wizzair” şirkəti tərəfindən Kutaisidən 12 yeni istiqamət üzrə uçuşların əlavə edilməsi vaxtı uzadıldı. Bu barədə şirkət rəsmi bəyanat yayır.

Şirkətin bəyanatına görə, Kutaisinin sıra ilə 4-cü və 5-ci aviyagəmiləri aeroporta 2020-ci ilin iyulundan və dekabrından xidmət göstərəcək.

“Wizzair” şirkəti bir neçə vaxt bundan əvvəl iki yeni Airbus A320 təyyarəsinin və 12 yeni istiqamətin əlavə edilməsi barəsində məlumat yaydı. Uçuşlar Frankfurt Hann, Hamburq, Heraklion, Badenbaden, Neapol, Nitsa, Nürnberq, Piza, Poznan, Stokholm, Turku və Venesiya istiqaməti ilə həyata keçirilməli idi.

Şirkətdə bəyan edirlər ki, təyyarələrin çatdırılması şəbəkəsində gözlənilmədən baş verən əngəllər, müxtəlif ölkələrdən, o cümlədən Gürcüstandan həyata keçiriləcək uçuşlara təsir göstərdi.

“Wizzair” aviaşirkəti, zərərçəkmiş sərnişinlərdən qeyd olunan fakta görə üzr istəyir.