"Wizzair" aviaşirkəti Kutaisidən iki yeni istiqamət əlavə etdi
"Wizzair" aviaşirkəti Kutaisidən iki yeni istiqamət əlavə etdi

“Wizzair” aviaşirkəti 2019-ci il qış naviqasiya mövsümü ərzində Boloniya və Nitsa istiqaməti ilə müntəzəm hava gediş-gəlişinə başlayır.

Müntəzəm reyslər qeyd olunan cədvəllə həyata keçiriləcək: Kutaisi-Boloniya-Kutaisi  – 23 noyabrdan, həftədə iki tezliklə.

Kutaisi-Nitsa-Kutaisi  – 12 dekabrdan, həftədə iki tezliklə.

Uçuşlar Airbus A320 və A321 tipli hava gəmiləri ilə həyata keçirləcək.

“Wizzair” aviaşirkəti Gürcüstanda fəaliyyətə 2012-ci ildən başladı və cari ilin doqquz ayında daşıdığı sərnişinlərin sayı ilə, aviasiya bazarında lider şirkətdir (15%).