Washington Times - Gürcüstan Şərqi Avropanın ən demokratik və ən pro-amerikan ölkələrindən biridir
Washington Times - Gürcüstan Şərqi Avropanın ən demokratik və ən pro-amerikan ölkələrindən biridir

“Gürcüstan dəvamlı olaraq, Rusiya aqressiyası ilə qarşı-qarşıya qalır və eyni zamanda, demokratik institutlarını və iqtisadiyyatını gücləndirməyə çalışır” – bu barədə  Washington Times tərəfindən yayılan “Gürcüstan yol kəsişməsində” adlı analitik məqalədə deyilir.

Məqalənin müəllifi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini və ABŞ-ın Bahreyndəki sabiq səfiri Adam Erelidir.

Məqalənin müəllifinin dediyinə görə, 2012-ci ildə Gürcüstanda ədalətli seçkilər vasitəsi ilə iqtidarın sülh yolu ilə təhvili oldu və o vaxtdan sonra Gürcüstanda ədalətli seçkilər keçirilir.

Məqaləyə əsasən, Gürcüstan medya azadlığı, qanunun aliliyi və şəffaflığın bütün parametrləri ilə yüksək dəyərləndirmələr alır.

“Bir çox Avropa ölkələrindən fərqli olaraq, Gürcüstan əhalisinin 90 faizi Amerikayı dost hesab edir. 70 faizi NATO və Avropa İttifaqına inteqrasiyayı dəstəkləyir.

Əfqanistandaki koalisiya partnyorlarımızdan isə, ən çox itgiləri Gürcüstanın oldu, ancaq gürcü liderləri irəliyə doğru yoluna davam edirlər” – deyilir məqalədə.

Washington Times yazır ki, əhalinin Avropaya inteqrasiyayı dəstəkləməsinə rəğmən, Gürcüstanın Avro-atlantik strukturlarına tamamilə inteqrasiya edilməsi  hələdə sual işarəsi altında qalır.

Məqalənin müəllifi Fransa prezidentinin bəyanatı xatırladır və qeyd edir ki, Avropa İttifaqı genişlənmək istəmir.

“Rus əsgərləri və Rusiyanın marionetləri Gürcüstan ərazisinin 20 faizi işğal etməyə davam edirlər. Eyni zamanda, Rusiya turizminin Gürcüstana qatqısı 89 faizi təşkil edir.

Müəyyən şəxslər Gürcüstanın demokratik insitutların inkişafına mane olmağa çalışırlar və Rusiyanın Gürcüstanın daxili siyasətinə qarışması üçün imkan yaradırlar.

Əhəmiyyətlidir ki, bu şəxslər ABŞ Dövlət Departamentinin müraciətini nəzərə alsınlar və zorakılıq demonstrasiyalarından baş qaçırdsınlar.

Gələcəyin planlarını qurarkən isə, gürcülər bir tək şeydən əmin ola bilərlər: ABŞ-ın daimi və güclü dəstəyindən” – deyilir məqalədə.