Vyanada hücum nəticəsində ölənlərin sayı dördə qədər artdı
Vyanada hücum nəticəsində ölənlərin sayı dördə qədər artdı

Vyanada hücum nəticəsində ölənlərin sayı dördə qədər artdı. Məlumatı “Qardian” nəşri yayır.

Medianın məlumatına görə, üç mülki şəxs və hücumçu qətlə yetirilib.

Son gpöstəricilərlə, 15 insan yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti kritik olaraq ağırdır.

Avstriya paytaxtında hazırda xüsusi əməliyyat aparılır. Hüquqmühafizəçilər bir hücumçunu axtarırlar. Paralel olaraq, ölkədə təhlükəsizlik tədbirləri maksimal olaraq sərtləşdirilib.

Vyanada hücum 2 noyabrda, yerli vaxtla saat 20:00 radələrində, ümumxalq karantinin başlamasına qədər bir neçə əvvəl baş verdi. Polisin məlumatına görə, silahlı şəxs altı müxtəlif yerdə atəş açdı, o cümlədən sinaqoqanın həndəvəri ərazisində. DİN əhalini evlərini tərk etməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırır.

 

Şərh yaz