Vladimir Zelenskidə koronavirus təsdiq olundu
Vladimir Zelenskidə koronavirus təsdiq olundu

Ukrayna prezidenti, Vladimir Zelenskidə koronavirus təsdiq olundu. Məlumatı “Reuters” agentliyi ölkə prezidenti ofisinin bəyanatına istinad edərək yayır.

Prezident ofisinin məlumatına görə, dövlət başçısı özünü yaxşı hiss edir və səhaliyyətlərini distansiyalı şəkildə, izolasiyada olaraq yerinə yetirir.

Ukraynada pandemiyanın başlamasından bu günə qədər, virusun 483 153 halı qeydə alınıb, 8 812 pasiyent vəfat edib.