Vladimir Zelenski bəyan edir ki, Donbasda sülhməramlılar məsələsinə diqqətlə yanaşır, çünki Abxaziya və Dnestryanı ssenarisinin təkrarlanmasını istəmir
Vladimir Zelenski bəyan edir ki, Donbasda sülhməramlılar məsələsinə diqqətlə yanaşır, çünki Abxaziya və Dnestryanı ssenarisinin təkrarlanmasını istəmir

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edir ki, Donbasda sülhməramlılar məsələsinə diqqətlə yanaşır, çünki Abxaziya və Dnestryanı ssenarisinin təkrarlanmasını istəmir.

Bu barədə bəyanatı Ukraynanın lideri Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” forumunda verdi.

Zelenskinin dediyinə görə, o sülhməramlıların Rusiya-Ukrayna sərhədində yerləşməsinə razıdır.

“Bu məsələyi sabiq iqtidar da müzakirə edirdi. Donbasda Abxaziya və Dnestryanı ssenarisinin təkrarlanmasını və sülməramlıların oraya daxil olub, ömürlük qalmalarını istəmirəm. Sülhməramlıların Rusiya-Ukrayna sərhədində yerləşməsinə razıyam. Məhz oraya, onları biz dəvət edirik” – dedi Zelenski.

Bununla yanaşı, Ukrayna prezidenti, konfransda çıxış zamanı beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaların qoyulmasına səslədi. Onun dediyinə görə, sərt sanksiyalar Ukrayna ərazilərinin qaytarılmasının tək yoludur.

“Müharibəyi başa çatdırmalıyıq. Ukraynayı qoruyan cəsur əsgərlərimiz sağ-salamat evlərinə qayıtmalıdırlar. Biz ərazilərimizi qaytaracağıq, ancaq dəfələrlə dedim ki, bunun tək yolu diplomatiyadır. Onun güclü silahı isə, sanksiyalardır.

Siz pulunuzu mı itirirsiniz? Həqiqətən mi? Üzr istəyirəm, amma biz insanlarımızı itiririk. Sivil dünyada borclarını ödəmək normaldır. Hələ ki, bu sülh əvəzinə ödənilən borcdursa. Sülh bərpa olunana qədər, sanksiyalar dayandırılmamalıdır” – dedi Zelenski.