Vladimir Putin və Angela Merkelin görüşü mayın 18-də, Soçidə keçiriləcək
Vladimir Putin və Angela Merkelin görüşü mayın 18-də, Soçidə keçiriləcək

Vladimir Putinin, andiçmə mərasimindən sonra görüşəcəyi  ilk avropalı lider, Angela Merkel olacaq. Kremldə bəyan etdiklərinə görə, Almaniya kansleri mayın 18-də Soçiyə gedəcək və Putin ilə görüşəcək.

Rusiya prezidentinin köməkçisi, Yuri Uşmakovun dediyinə görə, Putin həmçinin Avstriyaya da getməyi planlaşdırır.

Vadimir Putini Vyanada iyunun 5-də gözləyirlər.

Bu gün Rusiya prezidentinin andiçmə mərasimi keçirildi.