Vladimir Putin və Aleksandr Lukaşenko dekabrın 7-də Soçidə görüşəcəklər
Vladimir Putin və Aleksandr Lukaşenko dekabrın 7-də Soçidə görüşəcəklər

Belarus və Rusiya prezidentləri dekabrın 7-də Soçidə görüşəcəklər. Bu barədə məlumatı Kreml yayır. Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüşdə müzakirənin əsas mövzusu hələlik məlum deyil.

Bir neçə gün bundan əvvəl Belarus mediasında məlumat yayldı ki, Belarus və Rusiya vahid parlament və hökuməti layihəsi üzərində işləyir. Bu barədə media ilə müsahibəsində Belarusun Rusiyadakı səfiri, Vladimir Semaşko bəyan etdi. Onun qeyd etdiyinə görə, birgə layihənin həyata keçirlməsi 2012-ci il üçün planlaşdırılıb. Az sonra Səfirlik bu məlumatı inkar etdi.

Ona qədər Aleksandr Lukaşenko bəyan etdi ki, Belarusun suverenliyinə qarşı çıxan heç bir razılaşmanı imzalamayacaq.