Vladimir Putin - Rusiya, Türkiyə və İran terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq gəldilər
Vladimir Putin - Rusiya, Türkiyə və İran terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq gəldilər

Rusiya, Türkiyə və İran terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq gəldilər. Bu barədə Rusiya prezidenti Vladimir Putin üç ölkə liderinin birgə mətbuat konfransında bəyan etdi.

Vladimir Putinin dediyinə görə, ölkələr beynəlxalq normaları müdafiə etsələr, dünyada durum daha da sabit olacaq.

Ankarada iki günlük rəsmi səfərdə olan Rusiya lideri, keçirilən mətbuat konfransında qaçqınlar məsələsinə də toxundu.

Onun dediyinə görə, qaçqınlar probleminin aradan qaldırılması üçün, münaqişələrin həll olunması önəmlidir.