Vladimir Putin Moskvada Aslan Bjaniya və Anatoli Bibilovu qəbul etdi
Vladimir Putin Moskvada Aslan Bjaniya və Anatoli Bibilovu qəbul etdi

İşğal olunmuş Abxaziya və Cənubi Osetiyanın qondarma prezidentləri Moskvada, Rusiya prezidenti ilə görüşdülər. Aslan Bjaniya və Anatoli Bibilov Rusiya paytaxtında faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etdilər.

Vladimir Putin Gürcüstanın işğal olunmuş separatçı hökumət nümayındələrini Kremldə, bir neçə ölkənin lideri ilə birlikdə qəbul etdi.

Paradda Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistan liderləri iştirak edirdilər.

“COVID-19” pandemiyasına baxmayaraq, Rusiya hakimiyyəti hərbi paradın keçirilməsi qərarını qəbul etdi.